Ev Dünyaİsrail baş nazirinin oğlundan gözlənilməz addım : 1980-ci ildə…

İsrail baş nazirinin oğlundan gözlənilməz addım : 1980-ci ildə…

by Baş Redaktor
64 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu rəsmi olaraq ad və soyadını dəyişib.

Army.az xəbər verir ki, bu barədə Haaretz qəzeti məlumat yayıb.

Nəşrin əldə etdiyi İsrail Vergi İdarəsinin sənədlərinə əsasən, o, son bir il yarım ərzində adını Yonatan Hon olaraq rəsmiləşdirib. Şəxsiyyət vəsiqəsinin nömrəsi isə dəyişməyib.

Məlumata görə, Yair Netanyahu sosial şəbəkələrdə əvvəllər də Yair Hoon adından istifadə edirdi. “Hon” soyadı anası Sara Netanyahunun atası Şmuelin ailəsinə məxsus olub. Həmin ailə sonradan soyadını Ben Artzi ilə əvəz edib.

banner

Haaretz xatırladır ki, təxminən beş il əvvəl Benyamin Netanyahunun digər oğlu Avner də adını dəyişərək Avi Segal edib. O, bu ad altında İngiltərənin Oksford şəhərində 502 min funt sterlinq dəyərində mənzil alıb.

Nəşr həmçinin qeyd edir ki, Benyamin Netanyahu özü də 1980-ci illərdə ABŞ-da yaşadığı dövrdə Ben Nitay adından istifadə edib. Onun sözlərinə görə, bu addım Amerikada daha rahat tələffüz olunan ada sahib olmaq istəyi ilə bağlı olub.

Əlaqəli Yazılar Xüsusi