Ev DünyaPutin Tokayevə cavab verdi: “Hər şeyi danışacağam”

Putin Tokayevə cavab verdi: “Hər şeyi danışacağam”

by Baş Redaktor
27 Baxış

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Ukrayna münaqişəsinin dondurulması ilə bağlı təklifinə münasibət bildirib.

Army.az xəbər verir ki, Putin bu barədə Tokayevlə görüş zamanı danışıb.

“Ukrayna istiqamətinə gəlincə, bugünkü söhbətimiz zamanı sizi mütləq bütün detalları ilə məlumatlandıracağam”, – deyə Rusiya lideri bildirib.

İki ölkə prezidentinin görüşü Rusiyanın Omsk şəhərində keçirilən Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunun kuluarlarında baş tutub.

banner

Qeyd edək ki, bundan əvvəl Tokayev Ukraynadakı münaqişənin dondurulmasının və İstanbul razılaşmalarına qayıtmağın vacib olduğunu bildirib. O, Ukrayna münaqişəsi ilə bağlı Avropa və ABŞ-dan çoxsaylı siqnallar aldığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi