Ev DünyaVaşinqtonda siyasi böhran: Rusiyaya qarşı sanksiyalar təxirə düşdü

Vaşinqtonda siyasi böhran: Rusiyaya qarşı sanksiyalar təxirə düşdü

by Baş Redaktor
30 Baxış

ABŞ Konqresində Donald Trampın gömrük rüsumları ilə bağlı səlahiyyətləri ətrafında yaranan siyasi fikir ayrılığı Rusiyaya qarşı nəzərdə tutulan yeni sanksiyalar paketinin qəbulunu gecikdirir.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, həm respublikaçıların, həm də demokratların dəstəklədiyi sanksiya qanun layihəsinin irəliləməsi Konqresdə aparılan daxili müzakirələr səbəbindən dayanıb.

Məlumata əsasən, mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanmış sənəd Donald Trampın gömrük rüsumlarının tətbiqi sahəsində prezident səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı fikir ayrılıqları ucbatından hələlik təsdiq mərhələsinə keçə bilmir.

banner

Əlaqəli Yazılar Xüsusi