Ev DünyaNetanyahu Trampla görüş üçün Ağ Evə gedib

Netanyahu Trampla görüş üçün Ağ Evə gedib

by Baş Redaktor
11 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüş keçirmək məqsədilə Ağ Evə gedib.

Army.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata görə, bu, Trampın yenidən prezident vəzifəsinə başlamasından sonra Netanyahu ilə keçirilən səkkizinci, fevral ayında İranla bağlı hərbi əməliyyatların başlanmasından sonra isə ilk görüşdür.

Nəşr qeyd edir ki, İsrailin baş naziri Ağ Evə yan girişdən daxil olub. Bu səbəbdən jurnalistlər onun gəlişini yalnız qismən müşahidə edə biliblər.

banner

Bildirilib ki, tərəflərin əvvəlki görüşü İran ətrafında gərginliyin artmasından təxminən üç həftə əvvəl baş tutmuşdu. Həmin görüşdə Netanyahu Trampı İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməyə və İran hədəflərinə zərbələrə qoşulmağa razı sala bilmişdi.

Əlaqəli Yazılar Xüsusi