Ev DünyaAğ Evdə kritik görüş: Tramp Zelenskini qəbul etdi

Ağ Evdə kritik görüş: Tramp Zelenskini qəbul etdi

by Baş Redaktor
14 Baxış

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Army.az xəbər verir ki, görüş yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başlayıb və mətbuata qapalı formatda keçirilir.

Məlumata görə, danışıqlarda Rusiya-Ukrayna müharibəsinin mümkün həll yolları, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və münaqişənin diplomatik yolla nizamlanması məsələləri müzakirə olunur.

RBC-Ukrayna nəşri bildirir ki, tərəflər əsas diqqəti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə və sülh prosesinin perspektivlərinə yönəldiblər.

banner

Görüşdən sonra Zelenskinin ABŞ Konqresində senatorlarla bir araya gəlməsi, daha sonra isə senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi