Ev Hərbi XəbərlərTramp: Lindsi Qrem Ukrayna məsələsində çox sərt mövqedə idi

Tramp: Lindsi Qrem Ukrayna məsələsində çox sərt mövqedə idi

by Baş Redaktor
33 Baxış

ABŞ Prezidenti Donald Tramp bildirib ki, senator Lindsi Qrem Rusiya-Ukrayna müharibəsinin sonadək davam etdirilməsinin tərəfdarı idi.

Army.az xəbər verir ki, Trampın sözlərinə görə, Qrem son həftələrdə İran məsələsinə münasibətdə mövqeyini müəyyən qədər dəyişmişdi.

“Son bir neçə həftə ərzində belə düşünməyə başlamışdı ki, əgər İranla razılığa gəlmək mümkündürsə, ölkənin qalan hissəsini məhv etməkdənsə, bunu etmək daha yaxşıdır. Amma Ukrayna məsələsində onun eyni fikirdə olduğunu deyə bilmərəm. O, Ukrayna ilə bağlı çox sərt və döyüşkən mövqedə idi”, – deyə ABŞ prezidenti bildirib.

Əlaqəli Yazılar Xüsusi