Ev Hərbi Xəbərlərİran hərbi istehsalı artırır: yeni plan açıqlanıb

İran hərbi istehsalı artırır: yeni plan açıqlanıb

by Baş Redaktor
161 Baxış

İran son bir il ərzində silah və hərbi texnika istehsalının həcmini əhəmiyyətli dərəcədə artırıb. Tehran yaxın dövrdə bu göstəricini daha üç dəfə yüksəltməyi nəzərdə tutur.

Army.az xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Tələyi-Nik açıqlayıb.

General bildirib ki, 12 günlük müharibədən sonra hərbi məhsulların istehsalı əvvəlki göstərici ilə müqayisədə iki dəfə yüksəlib. Münaqişə dövründə strateji əhəmiyyət daşıyan və prioritet hesab edilən bəzi silah sistemlərinin istehsalında isə artım üç dəfədən çox olub.

Rza Tələyi-Nik qeyd edib ki, İran həm mövcud hərbi imkanlarından istifadə edir, həm də müdafiə məhsullarının istehsalını fasiləsiz şəkildə davam etdirir.

banner

Əlaqəli Yazılar Xüsusi