Ev Hərbi XəbərlərBaltik ölkələrindən sərt təkzib: “Ərazimiz dron hücumları üçün istifadə edilmir”

Baltik ölkələrindən sərt təkzib: “Ərazimiz dron hücumları üçün istifadə edilmir”

by Baş Redaktor
28 Baxış

Baltik ölkələri Ukraynaya Rusiya ərazisinə dron hücumları üçün öz hava məkanını və ərazilərini təqdim etmir.

Army.az xəbər verir ki, bu barədə Litvanın baş naziri İnga Ruginien bildirib.

“Biz çox aydın və məsuliyyətli bir bəyanat vermişik. Bir daha təkrar edirəm: Baltik ölkələri heç vaxt öz hava məkanını və ərazilərini Rusiya ərazisindəki hədəflərə dron hücumları üçün təqdim etməyib”, – deyə qeyd edib.

Qeyd olunur ki, Ukrayna dronları Rusiya hücumları zamanı bir neçə dəfə Baltik ölkələrinin ərazisinə düşüb. Moskva isə iddia edib ki, həmin dronlar sadəcə təsadüfən daxil olmur, məhz oradan buraxılır. Kiyev və Baltik ölkələri isə bu iddiaları rədd edir.

banner

Əlaqəli Yazılar Xüsusi