Ev Hərbi XəbərlərKrımda hava həyəcanı: Sevastopola hücum edildi

Krımda hava həyəcanı: Sevastopola hücum edildi

by Baş Redaktor
27 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Sevastopola pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir.

Army.az xəbər verir ki, şəhərin qubernatoru Mixail Razvojayevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları hücumun qarşısını almaq üçün əməliyyat keçirib.

O qeyd edib ki, Balaklava rayonu üzərində iki pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

“Sevastopolda hərbçilər hücumu dəf edirlər. Hava Hücumundan Müdafiə sistemləri və mobil qruplar fəaliyyət göstərir. Hazırda iki dron vurulub. Vətəndaşlardan sakitliyi qorumağı xahiş edirik”, – Razvojayev bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi