“Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının mümkün çərçivəsi barədə Vaşinqtonun müəyyən təsəvvürü var”.
Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ liderindən Ukrayna münaqişəsinin dayandırılması üçün mümkün razılaşmanın hansı şərtləri ehtiva edə biləcəyi soruşulub. Tramp suala qısa cavab verərək bildirib ki, administrasiyanın sülhün necə görünə biləcəyi ilə bağlı müəyyən planı var.
Tramp eyni zamanda prezidentliyi dövründə səkkiz münaqişənin həllinə nail olduğunu yenidən vurğulayıb. Onun sözlərinə görə, Ukrayna məsələsinin digər müharibələrlə müqayisədə daha asan həll olunacağını düşündüyü halda, proses gözlədiyindən daha mürəkkəb olub.
