Ev DünyaMoskva Vaşinqtona xəbərdarlıq etdi: “Vəziyyət dəyişir”

Moskva Vaşinqtona xəbərdarlıq etdi: “Vəziyyət dəyişir”

by Baş Redaktor
19 Baxış

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya səfərini şərh edib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ryabkov bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini müəyyənləşdirərkən, Kiyevin maraqlarına uyğun olmayan mövcud vəziyyəti də nəzərə almalıdır.

“Burada söhbət təkcə dəfələrlə vurğuladığımız ilkin səbəblərdən getmir. Həmçinin dəyişməkdə olan və Kiyevin xeyrinə olmayan vəziyyət də nəzərə alınmalıdır”, – Ryabkov deyib.

banner

Rusiya rəsmisi bunun ABŞ-ın Ukrayna məsələsində gələcək yanaşmasının əsas göstəricilərindən biri olacağını vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi