Rusiya Kremlinin sözçüsü Dmitri Peskov Litvanın ərazisində nüvə silahlarının yerləşdirilməsinin Moskvanın reaksiyasına səbəb olacağını bildirib.
Army.az xəbər verir ki, Peskovun sözlərinə görə, Litvada Rusiyaya qarşı yönəlmiş nüvə silahlarının yerləşdirilməsi halında ölkə Rusiya nüvə silahlarının hədəfləri sırasına daxil ediləcək.
Kremlin sözçüsü bildirib ki, bir ölkənin ərazisində nüvə silahının yerləşdirilməsi həmin silahların konkret istiqamətə yönəldiyini göstərir. Onun iddiasına görə, belə silahların Qərbə deyil, Rusiyaya qarşı yönəlməsi ehtimal olunur.
Peskovun bu açıqlaması Litva Seyminin sədri Yuozas Olyakasın ölkə ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan konstitusion məhdudiyyətlərin aradan qaldırılması məsələsinin gündəmə gətiriləcəyini açıqlamasından sonra səslənib.
