Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi məsələsini müzakirə etməsi planlaşdırılır.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş sentyabrın 14-də Omanın Səlalə şəhərində keçirilə bilər. Təşəbbüsün Oman və İran tərəfindən irəli sürüldüyü bildirilir.
Nəşrin yazdığına görə, Tehran və Maskat Hörmüz boğazından gəmilərin təhlükəsiz və fasiləsiz keçidini tənzimləyəcək müvəqqəti razılaşmanın əldə olunmasına çalışır.
Bunun üçün İran və Oman region ölkələrinin dəstəyini qazanmağa və mümkün sazişin həyata keçirilməsi üçün ortaq mövqe formalaşdırmağa ümid edir.
