Aİ daxilində Rusiyaya qarşı yeni sanksiyalara dəstək azalır.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, getdikcə daha çox ölkə yeni məhdudiyyətlərdən istisnalar tələb edir və sanksiyaların öz bizneslərinə zərər vuracağından ehtiyatlanır.
Məlumata əsasən, son sanksiya paketi ilə bağlı müzakirələr zamanı Yunanıstan, Almaniya, Fransa, İtaliya, Avstriya və Portuqaliya müxtəlif güzəştlərə nail olmağa çalışıb.
“Financial Times”ın həmsöhbətləri bildiriblər ki, Avropa hökumətləri Ukraynaya həmrəy olduqlarını bəyan etməyə davam etsələr də, danışıqlar zamanı getdikcə daha çox öz şirkətlərinin maraqlarını müdafiə edirlər.
Diplomatlardan biri xəbərdarlıq edib ki, hər bir ölkə sanksiyalardan yayınmaq üçün istisnalar tələb etsə, nəticədə sanksiya paketləri “boş qutuya” çevrilə bilər.
