Ev DünyaKim Çen İn sərhəddə “keçilməz qala” əmri verdi

Kim Çen İn sərhəddə “keçilməz qala” əmri verdi

by Baş Redaktor
34 Baxış

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya ilə sərhəddə yerləşən ön xətt bölmələrinin gücləndirilməsi barədə göstəriş verib.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Kim Çen İn bütün qoşun növlərinin diviziya və briqada komandirlərinin iştirakı ilə keçirilən müşavirədə sərhəd xəttinin “keçilməz istehkama” çevrilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu addımlar mümkün müharibə riskinin daha effektiv şəkildə qarşısını almaq məqsədi daşıyır.

banner

Şimali Koreya lideri eyni zamanda müasir müharibələrin dəyişən xarakteri nəzərə alınaraq hərbi hazırlıq sisteminin yenilənməsinə və praktiki təlimlərin genişləndirilməsinə çağırıb.

Əlaqəli Yazılar Xüsusi