Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri mayın 18-nə keçən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 50 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin bildirdiyinə görə, hücumlar Belqorod, Voronej, Kursk, Oryol, Rostov və Tula vilayətləri, həmçinin Krasnodar diyarı və Krım istiqamətlərində qeydə alınıb. Bundan başqa, bir neçə pilotsuz aparatın Azov dənizi üzərində məhv edildiyi qeyd olunub.
Rəsmi açıqlamada yerdə dağıntı və ya itkilərlə bağlı məlumat verilməyib.
Daha əvvəl Rostov vilayətinin qubernatoru Yury Slyusar bölgəyə yönələn hücumun dəf edildiyini bildirmişdi.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Taqanroq şəhəri, həmçinin Kamensk və Azov rayonları yaxınlığında vurulub.
