Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı əldə edilən razılaşmanı növbəti dəfə tənqid edib.
Army.az xəbər verir ki, Ukrayna lideri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbələrə diqqət çəkib. Onun sözlərinə görə, hücumlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Zelenski bildirib ki, həlak olanlar arasında üç uşaq da var. O, Rusiyanın hərbi əməliyyatlarını davam etdirməsini təzyiqlərin azalmasını müharibəni davam etdirmək üçün imkan kimi qiymətləndirməsi ilə əlaqələndirib.
Ukrayna Prezidenti beynəlxalq ictimaiyyətin Moskvaya münasibətdə daha təsirli addımlar atmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiya müharibəni dayandırmağa məcbur olduğunu anlamalı və bunun üçün müvafiq təzyiqlərlə üzləşməlidir.
