Ukrayna Rusiya ərazisində hərbi və enerji infrastrukturu ilə bağlı hədəflərə zərbələri davam etdirir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son 24 saat ərzində Rusiya ordusunun müharibəni maliyyələşdirməsinə və davam etdirməsinə xidmət etdiyini iddia etdiyi bir neçə obyekt hədəfə alınıb:
“Ukrayna Rusiyanın xalqımıza qarşı bütün zərbələrinə ədalətli cavab kampaniyasını davam etdirir”.
Onun sözlərinə görə, Ukrayna qüvvələri son sutkada dörd hədəfə zərbələr endirib. Perm, Samara və Həştərxan vilayətlərində iki neft obyektinin və bir poliqonun vurulduğu bildirilib.
Zelenski həmçinin Qara dənizdə də Rusiya tərəfinə qarşı cavab tədbirlərinin həyata keçirildiyini açıqlayıb.
