Ev Hərbi Xəbərlərİran generalı: “Müqavimət cəbhəsi İsrailin sonunu gətirəcək”

İran generalı: “Müqavimət cəbhəsi İsrailin sonunu gətirəcək”

by Baş Redaktor
181 Baxış

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi İsrailə qarşı fəaliyyət göstərən “müqavimət cəbhəsi”nin gələcəkdə həlledici rol oynayacağını bildirib.

Army.az xəbər verir ki, general bu barədə HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü ilə bağlı yaydığı bəyanatda danışıb.

Abdullahinin sözlərinə görə, 7 oktyabr hadisələri İsrailin gözləntilərini və “müqavimət cəbhəsinin” rəqiblərinin hesablamalarını dəyişib.

O, həmin hücumun nəticəsində “müqavimət cəbhəsi”nin əvvəlki müdafiə yanaşmasından hücum strategiyasına keçdiyini iddia edib:

banner

“Bu əməliyyat İsrailin təsəvvürlərini aşdı və müqavimət cəbhəsinin düşmənlərinin hesablamalarını alt-üst etdi. 7 oktyabr hücumu müqavimət cəbhəsinin müdafiə strategiyasını hücum strategiyasına çevirdi”.

Abdullahi həmçinin “müqavimət cəbhəsi”nin İsrailin gələcəyi üçün həlledici nəticələr yaradacağını iddia edib.

Əlaqəli Yazılar Xüsusi