ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin həlli istiqamətində əvvəlki yanaşmasından uzaqlaşaraq yeni strategiyaya üstünlük verdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Bildirilib ki, Ağ Ev hazırda aktiv diplomatik təşəbbüslər və hərbi əməliyyatlar əvəzinə gözləmə taktikasını seçib.
Nəşr yazır ki, Trampın münaqişəni sona çatdırmaq üçün əvvəlki addımları, o cümlədən məhdud hava zərbələri və Tehrana qarşı sərt xəbərdarlıqları gözlənilən nəticəni verməyib.
Yeni yanaşmanın əsasını İrana qarşı maliyyə sanksiyalarının qüvvədə saxlanılması və İran limanlarına tətbiq edilən dəniz blokadasının davam etdirilməsi təşkil edir.
