Ev Hərbi Xəbərlər“Vivaldi” əməliyyatı başladı – Ukrayna ordusu Donetskin şimalında irəliləyir

“Vivaldi” əməliyyatı başladı – Ukrayna ordusu Donetskin şimalında irəliləyir

by Baş Redaktor
53 Baxış

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şimalında yeni hücum əməliyyatına başlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski məlumat verib.

Onun sözlərinə görə, hərbçilər Novoselovka, Aleksandrovka və Yarovaya ərazilərində, eləcə də Koroviy Yar ətrafında düşmən qüvvələrinin sızdığı mövqeləri təmizləyib. Bundan başqa, Srednee yaşayış məntəqəsinin də azad edildiyi bildirilib.

Biletskinin açıqlamasına əsasən, əməliyyat çərçivəsində ümumilikdə 75 kvadratkilometr ərazi infiltrasiya qüvvələrindən təmizlənib, daha 10 kvadratkilometr ərazi isə işğaldan azad olunub.

banner

Komandanın məlumatına görə, Donetsk vilayətinin şimalında həyata keçirilən bu hərbi əməliyyat “Vivaldi” adlanır.

Əlaqəli Yazılar Xüsusi