Ev Hərbi XəbərlərZelenski: “Əgər bu baş verərsə, Ukrayna parçalanacaq”

Zelenski: “Əgər bu baş verərsə, Ukrayna parçalanacaq”

by Baş Redaktor
92 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə davam etdiyi müddətdə ölkədə seçkilərin keçirilməsinin ciddi siyasi parçalanmaya səbəb ola biləcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşü zamanı deyib.

O bildirib ki, hazırkı şəraitdə seçki prosesinə başlamaq Ukraynanın daxilində ciddi qarşıdurma yarada bilər:

“Əgər beynəlxalq tərəfdaşlar cəbhədə xidmət edən hərbçilərin və xaricdə yaşayan milyonlarla ukraynalının seçkilərdə təhlükəsiz, legitim və demokratik şəkildə iştirakını təmin edən konkret mexanizm təklif etsələr, Kiyev bu məsələni müzakirə etməyə hazırdır. Rusiya Prezidenti Vladimir Putin atəşkəs variantını qəbul etmədiyi müddətdə Ukraynada seçkilərin keçirilməsi real görünmür. Seçkilərin hazırda keçirilməsi ölkəni daxildən parçalaya bilər”.

banner

Əlaqəli Yazılar Xüsusi