Ev Dünyaİrana Məkkə sazişinə qoşulmaq üçün dəvət göndərilib

İrana Məkkə sazişinə qoşulmaq üçün dəvət göndərilib

by Baş Redaktor
41 Baxış

İran kollektiv müdafiə mexanizmi nəzərdə tutan Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

Army.az xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi bildirib .

O qeyd edib ki, Tehran hazırda bu təklifi qiymətləndirir:

“Region dövlətləri arasında vahid “təhlükəsizlik çətiri”nin formalaşdırılması İranın maraqlarına cavab verir. Tehran uzun müddətdir regionda məhz belə bir təhlükəsizlik mexanizminin yaradılmasını təklif edir”.

banner

İran parlamentinin nümayəndəsi ABŞ-ın regional siyasətini də tənqid edib. O bildirib ki, Vaşinqton region ölkələrinin təhlükəsizliyini qorumaqla bağlı verdiyi vədləri yerinə yetirmək əvəzinə, əksinə, onların təhlükəsizliyinə təhdid yaradır.

Əlaqəli Yazılar Xüsusi