Ev Dünyaİran sülh üçün şərt qoydu: ABŞ və İsrail addım atmalıdır

İran sülh üçün şərt qoydu: ABŞ və İsrail addım atmalıdır

by Baş Redaktor
25 Baxış

İran Yaxın Şərqdə müharibənin dayandırılması və atəşkəsin təmin olunması istiqamətində aparılan vasitəçilik təşəbbüslərinə müsbət yanaşdığını bildirib.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.

Nazir qeyd edib ki, Tehran sülh səylərini dəstəkləsə də, bunun reallaşması üçün ABŞ hərbi əməliyyatları dayandırmalı, İsrail isə Livanda gərginliyi azaltmalıdır.

Əraqçi eyni zamanda İspaniya hökumətinin ABŞ və İsrailin İrana qarşı addımlarına etiraz edən mövqeyini müsbət dəyərləndirib. Onun sözlərinə görə, Madridin beynəlxalq hüquq və humanitar prinsipləri müdafiə edən yanaşması həm İran cəmiyyəti, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və yadda qalacaq.

banner

Əlaqəli Yazılar Xüsusi