Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Almaniya kansleri Fridrix Mertsin keçmiş kansler Gerhard Şröderin Moskvaya səfərinə etirazını şərh edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Medvedyev açıqlamasında bildirib ki, Mertsin nə ad gününə, nə də yas mərasiminə gələn olacaq.
Xatırladaq ki, Merts Şröderin Moskvaya səfərindən narazılığını ifadə edib. Bundan sonra Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Putinin ad günü tədbirində çəkilmiş birgə fotolarını yayımlayıb.
