Ev Hərbi XəbərlərRostova gecə hücumu: 100-dən çox PUA məhv edilib

Rostova gecə hücumu: 100-dən çox PUA məhv edilib

by Baş Redaktor
186 Baxış

Rusiyanın Rostov vilayətində gecə saatlarında kütləvi PUA hücumu qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar özünün “Telegram” kanalında açıqlama verib.

Onun sözlərinə əsasən, gecə ərzində regionun hava məkanında 100-dən artıq pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılardan ikisinə yerində tibbi yardım göstərilib, digər dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin cərrahi əməliyyata ehtiyacı olub və o, əməliyyat edilib.

banner

Əlaqəli Yazılar Xüsusi