Ev Hərbi XəbərlərTehran ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı

Tehran ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı

by Baş Redaktor
90 Baxış

İran ABŞ-la danışıqların aparılmasını dəniz blokadasının və hərbi qarşıdurmanın davam etməsi fonunda mümkün hesab etmir.

Army.az xəbər verir ki, “Gazeta.ru”nun məlumatına əsasən, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinq zamanı danışıb.

Diplomat bildirib ki, İranın aktivlərinin dondurulduğu, dəniz blokadasının qüvvədə olduğu və silahlı münaqişənin davam etdiyi bir şəraitdə Vaşinqtonla müxtəlif məsələləri müzakirə etmək real görünmür.

Bəqai jurnalistlərə müraciət edərək belə bir vəziyyətdə ABŞ-la danışıqların necə mümkün ola biləcəyini sual edib.

banner

XİN nümayəndəsinin sözlərinə görə, Tehranın irəli sürdüyü tələblər cari ilin aprelində İslamabadda əldə olunmuş razılaşmaların müddəalarına əsaslanır.

O vurğulayıb ki, həmin sənəddə tərəflərin qarşılıqlı öhdəlikləri dəqiq müəyyənləşdirilib və ABŞ bu şərtləri qəbul etsə də, sonradan razılaşmaların müddəalarına əməl etməyib.

Əlaqəli Yazılar Xüsusi