ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlmək niyyətində olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə C-SPAN telekanalına müsahibəsi zamanı danışıb.
Tramp diplomatik həll variantına üstünlük verdiyini bildirərək İranın razılaşma əldə etməyə çalışdığını qeyd edib. Bunun reallaşıb-reallaşmayacağının isə yaxın zamanda bəlli olacağını vurğulayıb.
İranla münaqişənin nə vaxt yekunlaşacağına dair suala cavab verən ABŞ Prezidenti prosesin mövcud vəziyyətdən asılı olduğunu deyib.
Onun sözlərinə görə, münaqişəni çox qısa müddətdə başa çatdırmaq mümkündür, lakin bunun uzun müddət davam etməsinə ehtiyac yoxdur.
Tramp hazırda əsas diqqətin qarşıdurmanın mümkün qədər tez həll edilməsinə yönəldiyini də əlavə edib.
