15
ABŞ Ukrayna üçün nəzərdə tutulmuş 400 milyon dollarlıq vəsaiti artıq istifadəyə açıb.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat verib.
Onun sözlərinə görə, sözügedən vəsait dünən etibarilə sərbəst buraxılıb.
Bundan əvvəl isə rəhbərlik etdiyi qurum Ukraynaya hərbi yardım üçün ayrılmış pulları gecikdirməkdə ittiham olunurdu. Halbuki bu maliyyə paketi hələ 2025-ci ilin sonlarında təsdiqlənmişdi.
