Ev DünyaBritaniya kralından Trampa diqqətçəkən hədiyyə – “Sadəcə zəng edin”

Britaniya kralından Trampa diqqətçəkən hədiyyə – “Sadəcə zəng edin”

by Baş Redaktor
22 Baxış

Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa Britaniya sualtı qayığı “HMS Trump”a aid gəmi zəngi hədiyyə edib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kral bildirib ki, bu zəng Trampın “cəsur adaşı” olan sualtı qayığın üzərində yerləşən orijinal detaldır və o, bunu şəxsi hədiyyə kimi təqdim etməkdən məmnundur.

Onun sözlərinə görə, bu hədiyyə iki ölkənin ortaq tarixini və gələcək əməkdaşlığını simvolizə edir.

banner

“Əgər bir gün Böyük Britaniya ilə əlaqə saxlamaq lazım olsa, sadəcə zəng edin,” – deyə kral qeyd edib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment