Ev DünyaBelarus ABŞ-dan milyonlarla dollar tələb edir – Lukaşenko: “Borcunuzu qaytarın”

Belarus ABŞ-dan milyonlarla dollar tələb edir – Lukaşenko: “Borcunuzu qaytarın”

by Baş Redaktor
23 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ABŞ-a kalium gübrələri tədarükündən əldə etdiyi on milyonlarla dolların Amerika bankında ilişib qaldığını bildirib.

Army.az xəbər verir ki, Lukaşenkonun sözlərini “BelTA” agentliyi yayıb.

Belarus liderinin sözlərinə görə, hazırda ölkəsi ABŞ-a gübrə ixracını davam etdirir, lakin tədarüklərin həcmi və ödənişlərlə bağlı müəyyən çətinliklər mövcuddur.

Lukaşenko qeyd edib ki, Belarus böyük həcmdə məhsulu birdəfəyə göndərə bilməsə də, hazırda əlavə bir partiyanı ABŞ-a yollamaq imkanı yaranıb. Onun sözlərinə görə, gəminin yüklənməsi yaxın vaxtlarda başa çatacaq.

banner

Prezident eyni zamanda ABŞ tərəfinə Belarusun bank hesablarında qalan vəsaiti qaytarmaq çağırışı edib:

“Biz bu il üçün onları müqavilələşdirmişik, gələn ili isə nəzərdən keçirərik. İndi gəmini yükləmək imkanı yaranıb (sabah yüklənməni mütləq başa çatdıracağıq) – götürün. Amma borcunuzu qaytarın. Bizim 43-44 milyon dollarımız Citibank-da ilişib qalıb – bizimlə əməkdaşlıq edən şirkət pulu ödəyib. Varlı Amerikanın pulumuz orada ilişib qalıb. Xahiş edirəm, bu vəsaiti bizə qaytarın”.

Əlaqəli Yazılar Xüsusi