Ev DünyaSamvel Karapetyan: “Bu regionda yiyəsiz qalacağıq”

Samvel Karapetyan: “Bu regionda yiyəsiz qalacağıq”

by Baş Redaktor
39 Baxış

“Güclü Ermənistan” partiyasının sədri, rusiyalı biznesmen Samvel Karapetyan Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının mümkün çıxarılması ilə bağlı sərt açıqlama verib.

Army.az xəbər verir ki, Karapetyan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə münasibət bildirərkən belə bir addımın ölkəni təhlükəsizlik baxımından müdafiəsiz vəziyyətə sala biləcəyini iddia edib.

“Bu regionda yiyəsiz qalacağıq”, – deyə o bildirib.

Karapetyanın fikrincə, Rusiya hərbi kontingentinin Gümrüdən çıxarılması halında onun yerini Türkiyənin hərbi bazası tuta bilər.

banner

“Əgər belədirsə, gətirib yerinə türk hərbi bazası qoyun. Bir baza lazımdır, indi həmin baza var. İndi ya ruslar, ya da türklər? Qərar verin. Qoy çıxarsınlar. İndi hakimiyyət daha çox və daha yaxşı bilir, vəziyyəti daha yaxşı qiymətləndirə bilər. Bir imza ilə (ruslara) “sağ olun” deyə bilərlər”, – Karapetyan qeyd edib.

Əlaqəli Yazılar Xüsusi