Ev DünyaRusiya Ukraynaya gecə boyu yüzlərlə raket və PUA ilə hücum edib

Rusiya Ukraynaya gecə boyu yüzlərlə raket və PUA ilə hücum edib

by Baş Redaktor
17 Baxış

Rusiya ordusu gecə ərzində Ukraynaya qarşı genişmiqyaslı kombinə edilmiş hava hücumu həyata keçirib. Hücum zamanı zərbə dronları, qanadlı raketlər və ballistik raketlərdən istifadə olunub.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, əsas zərbə istiqaməti paytaxt Kiyev olub.

Ukrayna Hərbi Hava Qüvvələri ümumilikdə 731 hava hədəfini müşahidə edib. Onların arasında 3 ədəd “Kinjal” raketi, 18 ədəd “İskəndər-M” və S-400 tipli ballistik raket, həmçinin 35 ədəd X-101 qanadlı raketi yer alıb.

banner

Bundan əlavə, Rusiya tərəfi “Şahed”, “Gerbera”, “İtalmas”, “Banderol” tipli sursatlar və imitasiyaedici pilotsuz aparatlarla birlikdə ümumilikdə 675 PUA istifadə edib.

Hücumun hələ də davam etdiyi və Ukrayna hava məkanına yeni zərbə dron qruplarının daxil olduğu qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi