Ev DünyaVaşinqton: İran nüvə silahına bir neçə həftə uzaqlığındadır

Vaşinqton: İran nüvə silahına bir neçə həftə uzaqlığındadır

by Baş Redaktor
15 Baxış

İran nüvə silahı əldə etməyə olduqca yaxın mərhələyə çatıb və yüksək səviyyədə zənginləşdirilmiş uran istehsalı üçün Tehrana cəmi bir neçə həftə lazım ola bilər.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri  Kris Rayt məlumat yayıb.

Nazirin sözlərinə görə, İranın uran ehtiyatlarının bir hissəsi artıq 60 faizədək zənginləşdirilib, böyük həcmdə ehtiyat isə 20 faiz səviyyəsinə çatdırılıb. Rayt qeyd edib ki, nüvə silahının hazırlanması üçün uranın təxminən 90 faizədək zənginləşdirilməsi tələb olunur.

Kris Rayt vurğulayıb ki, bu mərhələdən sonra artıq silahın hazırlanması prosesi başlayır və İran həmin həddə təhlükəli dərəcədə yaxınlaşıb.

banner

Əlaqəli Yazılar Xüsusi