“Sukhoi Superjet 100” üçün hazırlanmış PD-8 mühərriki sertifikasiya sınaqlarının bütün mərhələlərini uğurla tamamlayıb.
Army.az xəbər verir ki, güc qurğuları ümumilikdə 6500 saatdan çox sınaq istismarı keçirib.
Təcrübə nümunələri mühərrikin müxtəlif test mərhələlərində konstruktiv həllərin düzgünlüyünü təsdiqləyib.
Sınaqlar zamanı PD-8-in etibarlılığı və işləmə göstəricilərinin tələb olunan standartlara uyğunluğu bir daha yoxlanılıb və nəticələr müsbət qiymətləndirilib.
