Ev Hərbi Xəbərlərİranın “B planı”: ABŞ-la danışıqlar baş tutmasa nə baş verə bilər?

İranın “B planı”: ABŞ-la danışıqlar baş tutmasa nə baş verə bilər?

by Baş Redaktor
54 Baxış

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın alternativ ssenariyə keçə biləcəyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bu halda Tehran “B planı”ndan istifadə etmək imkanını nəzərdən keçirə bilər.

Nəşrin irəli sürdüyü ssenariyə əsasən, mümkün variantlardan biri önləyici zərbələrin həyata keçirilməsi və ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərinə qədər yüksək intensivlikli müharibə şəraiti ilə üzləşməsidir.

banner

Qəzet bu yanaşmanın İran üçün iki əsas üstünlük yarada biləcəyini iddia edir. Birinci üstünlüyün təşəbbüsün qarşı tərəfin əlindən alınması və ABŞ-a kəşfiyyat imkanları ilə logistikasını tamamlamaq üçün vaxt verilməməsi olduğu qeyd olunur.

İkinci amil kimi isə hərbi qarşıdurmanın genişlənməsi fonunda enerji qiymətlərinin yüksələ biləcəyi və bunun ABŞ-da seçki prosesinə ciddi təsir göstərə biləcəyi irəli sürülür.

Əlaqəli Yazılar Xüsusi