Ev Hərbi XəbərlərABŞ kəşfiyyatı: silah tədarükü üçün üçüncü ölkələrdən istifadə oluna bilər

ABŞ kəşfiyyatı: silah tədarükü üçün üçüncü ölkələrdən istifadə oluna bilər

by Baş Redaktor
28 Baxış

Çin müdafiə şirkətləri İran tərəfi ilə silah satışının mümkün gizli yollarla həyata keçirilməsi barədə danışıqlar aparıb.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Planlaşdırılan sxemə görə, silahların üçüncü ölkələr üzərindən, xüsusilə Afrika regionu vasitəsilə göndərilməsi nəzərdə tutulub.

Məlumata görə, ABŞ kəşfiyyatı bu tip əlaqələr barədə məlumat əldə edib, lakin hələlik razılaşmaların tam təsdiqlənib-təsdiqlənmədiyi və hər hansı real tədarükün həyata keçirilib-keçirilmədiyi aydın deyil.

banner

Rəsmilər arasında bu məlumatların dəqiqliyi və silahların faktiki olaraq tranzit ölkələrə çatdırılıb-çatdırılmaması ilə bağlı fikir ayrılığı mövcuddur.

Bildirilir ki, bu iddialar ABŞ Prezidenti Donald Trampın Pekin səfəri ərəfəsində gündəmə gələrək mövzunun danışıqlarda qaldırılması ehtimalını artırır.

Eyni zamanda qeyd olunur ki, hələlik Çin istehsalı silahların ABŞ və ya İsrail qüvvələrinə qarşı istifadə edildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.

Əlaqəli Yazılar Xüsusi