“Vaşinqton İranın cənub bölgəsində yerləşən bəzi adalar üzərində nəzarəti ələ almağı hədəfləyir”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri açıqlayıb.
Deputat ABŞ-la aparılan danışıqları faydasız və təhlükəli hesab etdiyini bildirib.
Onun sözlərinə görə, Vaşinqton hər dəfə müzakirə masasından danışsa da, praktikada sanksiyaları yumşaltmaq əvəzinə daha da sərtləşdirir:
“Basqı və hədələr fonunda aparılan dialoq əslində qarşı tərəfə güzəştə getməkdir”.
Qəzənfəri qeyd edib ki, ABŞ İranın uranın zənginləşdirilməsi fəaliyyətini tam dayandırmasını tələb edir, lakin Tehran bu tələbləri qeyri-qanuni sayır və qəbul etməyəcək.
Deputat vurğulayıb ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la heç bir güzəştli müzakirəyə getmək niyyətində deyil.O, həmçinin Vaşinqtonun regionda yeni hərbi ssenariyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
