Ev Hərbi XəbərlərABŞ ordusundan yeni addım – Altius-700M helikopterdən buraxılacaq

ABŞ ordusundan yeni addım – Altius-700M helikopterdən buraxılacaq

by Baş Redaktor
17 Baxış

“Anduril Industries” şirkətinin hazırladığı “Altius-700M” sistemi ABŞ əsgəri tərəfindən “African Lion 26” təlimi zamanı istifadə olunub.

Army.az xəbər verir ki, ABŞ ordusunun uzaqmənzilli yüksəkdəqiqlikli döyüş sursatı (LRPM) Sikorsky UH-60 Black Hawk helikopterindən ilk buraxılışı 2026-cı ilin iyulunda keçiriləcək.

Hadisənin “Project Convergence Capstone 6” tədbiri çərçivəsində baş tutacağı gözlənilir.

Altius-700M sisteminin silahlı versiyasının təxminən 290 km uçuş məsafəsinə malik olduğu qeyd edilir. ABŞ ordusunda onun diviziya səviyyəsində istifadə olunması planlaşdırılır. Bunu “African Lion 26” təlimi çərçivəsində Mərakeşin Aqadir şəhərində danışan taktiki aviasiya və yerüstü sursat proqramının rəhbəri polkovnik-leytenant Cim Louson deyib.

banner

Təlim zamanı LRPM sisteminin beşinci-doqquzuncu sınaq buraxılışları həyata keçirilib.Proqram əməkdaşları Mərakeşin Tan-Tan bölgəsində pnevmatik buraxıcı qurğu vasitəsilə LRPM-ləri havaya qaldırıb, daha sonra idarəetməni son mərhələ üçün hərbçilərə təhvil veriblər.

Təlimlərdən birində sursat 250 km məsafədə loitering uçuşu həyata keçirib. Bunu tədbirin direktoru serjant-mayor Patrik Ceffri mayın 8-də keçirilən təqdimat zamanı bildirib.

Yeni texnologiyanın riskləri nəzərə alınaraq, “Project Convergence” zamanı canlı atəş mərhələsində pilotdan başqa yalnız podratçılar və proqram ofisinin əməkdaşları iştirak edəcək. Yerüstü pnevmatik buraxıcı əvəzinə havadan buraxılan versiyada Altius-700M raket gücləndiricili buraxılış borusundan istifadə edəcək.

Əlaqəli Yazılar Xüsusi