19
Polşa yaxın vaxtlarda Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər göndərməyi planlaşdırmır.
Army.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda bu cür yardım göstərilməsi ilə bağlı planımız yoxdur”, – deyə Tusk vurğulayıb.