Ev Hərbi Xəbərlər“Qiyamət günü” radiostansiyası yenidən sirli mesajlar yayımladı

“Qiyamət günü” radiostansiyası yenidən sirli mesajlar yayımladı

by Baş Redaktor
13 Baxış

“Qiyamət günü” radiostansiyası kimi tanınan UVB-76 iyulun 16-da efirə iki müəmmalı mesaj verib.

Army.az xəbər verir ki, Radiostansiyanın fəaliyyətini izləyən “UVB-76 loqs” “Telegram” kanalının məlumatına görə, ilk yayımlanan mesajda italyan dilini xatırladan “fiatoplot” sözü səsləndirilib.

Bu ifadənin mənası və ya hansı məqsədlə istifadə edildiyi isə məlum deyil.Bundan başqa, Bakı vaxtı ilə saat 15:17-də ikinci mesaj yayımlanıb. Efirdə “NJTİ 06637 SUXODELİYE 8423 6010” kod ardıcıllığı səsləndirilib və əsas söz kimi “suxodeliye” ifadəsi işlədilib. Bu mesajın məzmunu və təyinatı barədə də rəsmi açıqlama verilməyib.

Əlaqəli Yazılar Xüsusi