Ev Hərbi XəbərlərƏraqçi: “Döyüş meydanında qalib gəlmişik”

Əraqçi: “Döyüş meydanında qalib gəlmişik”

by Baş Redaktor
10 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə qarşıdurmada ölkəsinin üstün mövqedə olduğunu iddia edib.

Army.az xəbər verir ki, nazir bu barədə İran Dövlət Teleradio Şirkətinə verdiyi müsahibədə danışıb.

Əraqçinin sözlərinə görə, ABŞ İran Silahlı Qüvvələrinin və ölkə əhalisinin qətiyyətli müqaviməti ilə üzləşib və məqsədlərinə nail ola bilməyib.

O bildirib ki, hərbi qarşıdurmaların başa çatdırılması üçün ən əlverişli məqam üstünlüyün əldə olunduğu dövrdür.

banner

“Hazırda döyüş meydanında üstünlük bizim tərəfimizdədir. Biz faktiki olaraq qələbə qazanmışıq”, – deyə İranın xarici işlər naziri vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi