Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi Corhat aviabazasına eniş zamanı qəzaya uğrayıb.
Army.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, hadisə təyyarənin eniş mərhələsində baş verib.
Hazırda qəza nəticəsində dəyən ziyanın həcmi və insidentin səbəbləri araşdırılır.
Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağını bildiriblər.
