Ev Hərbi XəbərlərNəbəviyan : “ABŞ-la danışıqları xalq qəbul etməyəcək”

Nəbəviyan : “ABŞ-la danışıqları xalq qəbul etməyəcək”

by Baş Redaktor
37 Baxış

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Nəbəviyan ölkədə ABŞ ilə mümkün danışıqları dəstəkləyənləri tənqid edib.

Army.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nəbəviyanın sözlərinə görə, “müqavimət cəbhəsinin ağır zərbələrindən, enerji qiymətlərinin artmasından, ABŞ-ın strateji ehtiyatlarının azalmasından və Vaşinqtonda daxili siyasi təzyiqlərin güclənməsindən sonra bəzi şəxslər müxtəlif motivlərlə, o cümlədən düşməni xilas etmək məqsədilə danışıqlar ideyasını irəli sürürlər”.

Deputat bildirib ki, belə təşəbbüsləri irəli sürənlər bilməlidirlər ki, “belə danışıqlar İran xalqı tərəfindən qəbul edilməyəcək”.

banner

Əlaqəli Yazılar Xüsusi