Ermənistan Gürcüstanla balıq məhsullarının tədarükünə başlanması ilə bağlı danışıqları başa çatdırıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın Tbilisidəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında əldə olunan razılaşma iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlardan biridir. Səfirlik Gürcüstanla bu sahədə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) son aylarda Ermənistandan idxal olunan bir sıra məhsullara məhdudiyyət tətbiq edib. Mayın sonundan etibarən Rusiyaya Ermənistan istehsalı olan gül, mineral su və bəzi spirtli içkilərin, o cümlədən konyakın idxalı dayandırılıb.
