Ev DünyaPaşinyan yenidən baş nazir təyin edildi

Paşinyan yenidən baş nazir təyin edildi

by Baş Redaktor
39 Baxış

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib.

Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl yeni çağırış parlamentin fəaliyyətə başlaması ilə əlaqədar hökumət Konstitusiyaya uyğun olaraq istefa vermiş, nazirlər yeni hökumət formalaşdırılanadək səlahiyyətlərini icra etməyə davam etmişdilər.

banner

Əlaqəli Yazılar Xüsusi