Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı müasir müharibələrin xarakteri ilə bağlı fikirlərini açıqlayıb.
Army.az xəbər verir ki, Zalujnı “24 Kanal” üçün yazdığı köşə yazısında hazırkı müharibəni “yarımarketinq prosesi” kimi xarakterizə edib.
Onun sözlərinə görə, müasir döyüşlərdə əsgərin rolu yalnız hərbi güc və qələbə imkanları ilə ölçülmür. Zalujnı hesab edir ki, prosesin mühüm hissəsini müxtəlif razılaşmaların əldə olunması cəhdləri təşkil edir:
“Bu əsgər, qəribə səslənsə də, artıq kiminsə siyasi ambisiyalarının girovu deyil. O, yalnız gücün və qalib gəlmək imkanının deyil, müxtəlif razılaşmaların əldə olunmasına cəhdlərin ölçüldüyü böyük yarımarketinq prosesinin iştirakçısıdır”.
