Ev DünyaRusiyada general həbs edildi

Rusiyada general həbs edildi

by Baş Redaktor
47 Baxış

Rusiyada Silahlı Qüvvələrin Döyüş Hazırlığı Baş İdarəsinin Tədris-Maddi Baza İdarəsinə rəhbərlik edən general-mayor Sergey Nikituşkin barəsində həbs qətimkan tədbiri seçilib.

Army.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, qərar 235-ci Qarnizon Hərbi Məhkəməsi tərəfindən Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında qəbul olunub.

Məhkəmə iclası sentyabrın 30-da axşam saatlarında keçirilib. İstintaq nümayəndələri generalın azadlıqda qalacağı təqdirdə cinayət işinin araşdırılmasına mane ola biləcəyini əsas gətirərək onun həbs edilməsini istəyiblər.

banner

Nikituşkinin müdafiə tərəfi isə daha yüngül qətimkan tədbirinin tətbiq olunmasını xahiş edib. Məhkəmə nəticədə istintaqın tələbini təmin edərək generalın həbsinə qərar verib.

Hazırda cinayət işinin mahiyyəti, eləcə də Nikituşkinin konkret hansı əməllərdə şübhəli bilindiyi və ya ittiham olunduğu açıqlanmayıb. Məlumata görə, general Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edib.

Əlaqəli Yazılar Xüsusi