Rusiyanın Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində terminalda neft yüklənməsi müvəqqəti dayandırılıb.
Məlumata görə, PUA-lar neft yükləmə prosesi zamanı beynəlxalq heyətlərin olduğu iki dəniz tankerini hədəfə alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, həmçinin neft sızması qeydə alınmayıb.
