Ev Hərbi XəbərlərBəndər-Abbas ABŞ zərbələrindən sonra blokadada qaldı

Bəndər-Abbas ABŞ zərbələrindən sonra blokadada qaldı

by Baş Redaktor
12 Baxış

İranın cənubundakı Bəndər-Abbas şəhəri ABŞ-ın hava zərbələri nəticəsində demək olar ki, təcrid olunub.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ bir həftə ərzində İranın cənubunda yerləşən şəhərə intensiv zərbələr endirib. Təxminən 500 min əhalisi olan Bəndər-Abbası ölkənin digər bölgələri ilə birləşdirən yolların cümə günü səhər saatlarına qədər dağıdıldığı bildirilir.

Qeyd edək ki, İran daha əvvəl ABŞ-ın razılaşmaları pozduğunu əsas gətirərək Vaşinqtonla imzalanmış Anlaşma Memorandumunun bütün müddəalarının icrasını dayandırıb.

banner

Əlaqəli Yazılar Xüsusi